Naxçıvan şəhərlərinin baş planları hazırlanacaq

1685965026 a3f9b638 b2da 3794 8309 578b356a95ab 850.jpg

Naxçıvan Muxtar Respublikası şəhərlərinin baş planları hazırlanacaq.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda yer alıb.

Bununla bağlı icraçı qurum kimi Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsi müəyyənləşib.

Şəhərlərin baş planların hazırlanması 2023–2027-ci illəri əhatə edəcək.