Naxçıvanda deputatlığa namizədlər üçün yaddaş kitabçası hazırlanıb

39fb6f4a 311f 3d46 9a09 36fcbecd861d 850.jpg

Naxçıvan Muxtar Respublikasında deputatlığa namizədlər üçün yaddaş kitabçası hazırlanıb.

“Report”un yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyası (MSK) 2024-cü il sentyabrın 1-nə təyin edilmiş muxtar respublika Ali Məclisinə seçkilərlə əlaqədar müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi proqramı çərçivəsində “Namizədlər üçün yaddaş” kitabçası tərtib edib.

Layihənin həyata keçirilməsində başlıca məqsəd qarşıdan gələn seçkilərdə deputat seçilmək niyyətində olan vətəndaşların məlumatını artırmaq, passiv seçki hüquqlarının reallaşdırılmasında onlara metodiki yardım göstərmək və fəaliyyətlərinin daha da asanlaşdırılmasına imkan yaratmaqdır.

Nəşrdə deputatlığa namizədliyin irəli sürülməsi və qeydə alınması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş prosedurlar və atılası addımlar, sənədlərin təqdim edilməsi üçün müəyyənləşdirilmiş müddətlər və qaydalar, habelə namizədlərin hüquq və vəzifələri aydın şəkildə göstərilib.

Yaddaş kitabçası “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb.