Nazarbayevin qardaşı oğlu həbs olundu

580f9aa2164732214862376814210191689.jpg

Qazaxıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları ölkənin birinci Prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldıulını iki ay müddətinə həbs edib.

Bu barədə məlumatı Nur-Sultan şəhərinin İxtisaslaşdırılmış Rayonlararası İstintaq Məhkəməsinin Mətbuat xidməti yayıb.

Xatırladaq ki, Qazaxıstanın Korrupsiyaya Qarşı Mübarizə Xidmətinin əməkdaşları martın 13-ü Kayrat Satıbaldıulını vəzifə səlahiyyətlərindən sui-istifadə və “Kazaktelekom” SC-nin xüsusilə külli miqdarda vəsaitlərinin mənimsənilməsində şübhəli bilərək saxlayıb.

Qeyd edək ki, Kayrat Satıbaldıulı 1970-ci ildə anadan olub. Bu illər ərzində o, Milli Təhlükəsizlik Komitəsində, hakim Nur Otan partiyasında (indiki “Əmanət” partiyası) vəzifələrdə çalışıb, bizneslə məşğul olub.