Nazir dövlət imtahanının ləğvindən danışdı

1678699364 1602839414319263514 1200x630.jpg

Ali təhsil müəssisələrində dövlət imtahanının ləğvi yeni məsələ deyil.

Bunu Modern.az-a açıqlamasında Elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir xatırladıb ki, dövlət imtahanının ləğvi ilə bağlı qanun 2020-ci ildə təsdiq olunub.

“Yeni təhsil standartına görə, gələn il imtahan olmayacaq. Hazırda bu il ali təhsil müəssisələrinin I və II kursunda təhsil alanlar ali məktəbi bitirdikdə dövlət imtahanı verməyəcəklər. Bu il dövlət imtahanı verənlər isə köhnə standartla təhsil alanlardır. Yəni 2020-ci ildə və sonra qəbul olunanlar dövlət imtahanı verməyəcəklər”, – deyə nazir vurğulayıb.