Nazirlər arasında sülh müzakirəsi

1684153797 bayramov cavusoglu 191221 e1639906179927.jpg

Xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu bölgədə cari vəziyyəti müzakirə edib.

Bu barədə Azərbaycan XİN-dən bildirilib.

“Telefon söhbəti zamanı sülh danışıqları üzrə son yeniliklər də müzakirə edilib”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, mayın 15-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.