Nazirlərin Vaşinqton görüşü təxirə salındı

1686218547 454511729 0 0 1280 721 1920x0 80 0 0 e75470dd6ac9e48f2b5482e4efac6ac9.jpg

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyunun 12-də Vaşinqtonda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyan bildirib.

“Azərbaycan tərəfinin xahişi ilə Vaşinqtonda planlaşdırılan müzakirələrin növbəti raundu təxirə salınır. Görüşün yeni tarixi barədə ictimaiyyətə lazımi məlumat veriləcək”, – Ermənistan XİN rəsmisi qeyd edib.