Neftçalada Novruz bayramı qeyd olundu

Neft.jpg

Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Neftçala rayonunda Novruz bayramı geniş qeyd olunub.

Tədbirdə rayon icra başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Rayon ağsaqqalları, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.

M.Seyidov əvvəlcə məktəblilərin Novruz bayramına həsr etdikləri rəsm əsərlərinə və adət-ənənələrimizi özündə əks etdirən sərgiyə baxış keçirib.

Tədbirdə bayram adət-ənənələrimiz haqqında tədbir iştirakçıları məlumatlandırılıb.

Bayram tədbiri Biləsuvar Regional Mədəniyyət İdarəsinin Neftçala rayon Mədəniyyət evinin, Neftçala rayon Camal İsmayılov adına Uşaq İncəsənət məktəbinin hazırladığı kompozisiyalarla davam edib.