“Neftçi”- “Qarabağ” oyununun vaxtı məlum oldu

Bc7f6214164363442723655130410766589.jpg

Azərbaycan Premyer Liqasında Liqada XV turun oyun cədvəli açıqlanıb.

Mövsümün ikinci yarısının ilk oyunları iki gün ərzində baş tutacaq.

Son çempion “Neftçi” və lider “Qarabağ” turun ilk günündə qarşılaşacaq. Turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Azərbaycan Premyer Liqası
XV tur
7 fevral (bazar ertəsi)
16:00. “Keşlə” – “Zirə”
“ASK Arena”

19:00. “Neftçi” – “Qarabağ”
“Bakcell Arena”

8 fevral (çərşənbə axşamı)
17:00. “Sabah” – “Qəbələ”
“Bank Respublika Arena”

19:15. “Səbail” – “Sumqayıt”
“ASCO Arena”