“Netflix”in abunəçilərinin sayı niyə azalır?

522f7bd5174d4a5f331484fa4abcd26a 102897 95.png

Film və serialların striminq xidməti “Netflix” 2022-ci ilin yanvar-mart ayları arasında 200 min abunəçisini itirib.

Bu barədə şirkətin hesabatına istinadən “The Washington Post” qəzeti xəbər verib.

Qeyd edilir ki, “Netflix” tarixdə ilk dəfə abunəçilərinin sayının azalması ilə üzləşir. Məlumata əsasən, “Netflix” səhmlərinin qiyməti bu cür göstəricilərin fonunda 23 faiz ucuzlaşıb.

“İndi “Netflix” aprel və iyun aylarında daha 2 milyon abunəçi itkisi ilə işlərin daha da pisləşməsinə hazırlaşır”, – deyə məlumat da bildirilir.