Nigeriyada terror aktı: 11 dinc sakin öldürüldü

Terrorists 1062x598.jpg

Nigeriyanın şimal-şərqindəki Borno əyalətində terror aktı baş verib

APA xarici KİV-ə istinadən xəbər verir “Boko Haram” terror təşkilatı törətdiyi hadisədə 11 dinc sakin ölüb.

Onlar Kavuri kəndində əkin sahəsində işləyən insanlara silahlı hücum edib.

Çoxlu sayda insan yaralanıb.

Nigeriyada 2000-ci illərin əvvəllərindən bəri mövcud olan “Boko Haram”ın hücumları zamanı on minlərlə insan həyatını itirib.