Nijni Novqoroddan Bakıya birbaşa aviareyslər həyata keçiriləcək

17097242474121418154 1200x630.jpg

Rusiyanın “İrAero” aviaşirkəti aprelin 4-dən Nijni Novqoroddan Bakıya birbaşa reysə başlayacaq.

Bu barədə Nijni Novqorod aeroportunun (“Aeroportı Regionov” İdarəetmə şirkəti tərəfindən idarə olunur) mətbuat xidməti məlumat paylaşıb.

Məlumatda qeyd olunub ki, bu, aviaşirkət üçün yeni marşrutdur. Reyslərin həftdə bir dəfə həyata keçirilməsi planlaşdırılır.

Bakıdan uçuş həftənin çərşənbə günləri saat 21:00-da, Nijni Novqoroda eniş saat 23:00-da edəcək. Nijni Novqoroddan Bakıya uçuş həftənin cümə axşamı günləri saat 01:00-da, Bakıya eniş 05:00-da edəcək.