“Nikosayağı” ləqəbi ilə tanınan bloger Nicat Şakirli xəstəxanadan evə buraxılıb.
Axşam.az xəbər verir ki, bu haqda blogerin atası, nevropatoloq Nafiz Mütəllimov teleqraf.com-a açıqlamasında deyib.
“Oğlum dünən xəstəxanadan evə buraxılıb. Bir az qolunda ağrı var. Əvvəlkinə nisbətən səhhəti yaxşıdır” deyə, o, əlavə edib.
Qeyd edək ki, qəza avqustun 15-də gecə 01:08 radələrində Nərimanov rayonu ərazisində baş verib. Hadisə nəticəsində xəsarət alan vətəndaş Şakirli Nicat (29 yaş) sağ yuxarı ətrafın dirsəkdən amputasiyası diaqnozu ilə, Rüstəmov Fəxri (23 yaş) sağ əlin kəsilmiş yarası diaqnozu ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar. Ruslan Məmmədov adlı şəxs isə qəzada dünyasını dəyişib.





