Növbədənkənar parlament seçkiləri üçün media mərkəzi açılacaq

Cf8c878e E999 3a31 Bac1 Aeb994ac0f40 850.jpg

Milli Məclisə sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar media mərkəzinin açılışı istiqamətdə hazırlıq işləri davam edir.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) avqustun 1-də keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.

MSK sədrinin sözlərinə görə, media mərkəzində yerli və xarici ölkələrdən jurnalistlərin təmsilçiliyi nəzərdə tutulur.