Olimpiada hazırlığında olan şagirdlərə sınaq keçirildi

Img 20250521 wa0088.jpg

Layihə çərçivəsində fizika olimpiadasına hazırlaşan şagirdlər üçün ilk sınaq imtahanı keçirilib. Bu imtahanın əsas məqsədi təlimlərin əvvəlində şagirdlərin fizika bilik səviyyəsini müəyyənləşdirmək, onların düşünmə və problem həll etmə bacarıqlarını qiymətləndirmək idi.

Sınaq imtahanı layihə təlimçisi tərəfindən xüsusi olaraq hazırlanmış və beynəlxalq olimpiada formatına uyğunlaşdırılmış test və yazılı suallardan ibarət olmuşdur. İmtahanda iştirak edən şagirdlər müəyyən olunmuş vaxt çərçivəsində verilmiş tapşırıqları yerinə yetirmiş, daha sonra nəticələr layihə komandası tərəfindən təhlil olunmuşdur.

Sınağın nəticələri əsasında hər bir şagird üçün fərdi inkişaf planı hazırlanıb. Planlarda zəif və güclü tərəflər nəzərə alınmaqla, növbəti dərslərdə mövzuların seçimi və yanaşma metodları müəyyənləşdirilib. Bu yanaşma şagirdlərin daha məqsədyönlü şəkildə inkişafına şərait yaradır.