“Olimpiakos”un prezidenti koronavirusa yoluxub

8b19810e 4dee 34ee 8e6f a5d780cba52c 850.jpg

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstanın “Olimpiakos” klubunun prezidenti Evangelos Marinakis koronavirusa yoluxub.

55 yaşlı funksionerin durumu yaxşıdır.

Marinakisdə ikinci dəfə koronavirus aşkarlanıb.

Qeyd edək ki, “Qarabağ” III turda Yunanıstanda rəqibini 3:0 hesabı ilə məğlub edib. Bakıdakı IV tur matçında qolsuz bərabərlik qeydə alınıb.