Ölkəyə köhnə avtomobil gətirənlərin NƏZƏRİNƏ

1685612941 nocomment 53947855d8292c0c9a87fd760597f057 yksm29evgh6orcpjlz71 640x336.jpg

Azərbaycana idxal olunan köhnə avtomobillərdən alınacaq ilkin utilizasiya rüsumunun məbləği açıqlanıb.

Bunu Milli Məclisdə keçirilən komitə iclasında “Təmiz Şəhər” ASC-nin eksperti Mirzə Laçınov deyib.

Onun sözlərinə görə, 1-3 il istehsalı müddəti olan avtomobillərin üçün utilizasiya haqqı nəzərdə tutulmayıb.

“4 ildən 7 ilə qədər istehsal müddəti olan avtomobillər üçün 400 manat, 7 ildən yuxarı avtomobillər üçün isə 700 manat utilizasiya haqqı nəzərdə tutulur. Lakin bu rəqəmlər hələki dəqiq deyil, bu istiqamətdə müzakirələr davam etdirilir və dəyişə bilər”, – deyə o əlavə edib.