Orta Dəhlizin ən strateji nöqtələrindən biri Azərbaycan hesab olunur

1548398713 2346685.jpg

Beynəlxalq səviyyədə əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf edir

Müstəqil Azərbaycan ildən-ilə güclənir, sürətlə inkişaf edir. Aparılan iqtisadi siyasət sayəsində Azərbaycanın beynəlxalq münasibətlər inkişafında dayanıqlıq təmin edilib və bir çox dövlətlərin uzun müddət ərzində əldə edə bilmədiyi yüksəliş tempinə nail olunub. Bu gün iqtisadiyyatda əldə edilmiş sıçrayışlı inkişafın və çoxsaylı nailiyyətlərin nəticəsi olaraq Azərbaycan keyfiyyətcə yeni pilləyə – modernləşmə mərhələsinə qədəm qoyub.

Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu tarixi şəxsiyyətin fəaliyyəti nəticəsində qısa müddət ərzində siyasi və iqtisadi sabitləşmə təmin edildi, Azərbaycan beynəlxalq səviyyədə əməkdaşlıqların yenidən qurulması, dayanıqlı inkişaf mərhələsinə başladı. Azərbaycan Respublikası müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq əlaqələrinin qurulmasına, transmilli layihələrin reallaşdırıcısı tək qlobal təhlükəsizlik məsələlərinə, Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verən və regional güc kimi qəbul edilməkdədir. Həmçinin, Azərbaycanın Qərb və Şərq sivilizasiyaları, eyni zamanda, Şimal və Cənub arasında dəhliz rolunu oynaması əhəmiyyətli ölkə kimi onun nüfuzunu ortaya qoymuş olur. Əlbəttə ki, Azərbaycanın bu cür nailiyyətlərinin beynəlxalq münasibətlərdə xarici siyasət kursu nəticəsində əldə olunduğu hər kəsə bəllidir.Respublikamızın sürətli sosial-iqtisadi inkişafı onun xarici əlaqələrinin daha da genişlənməsinə və yeni sahələri əhatə etməsinə səbəb olmuşdur. Ölkəmizin dövlət başçısı Cənab İlham Əliyev ölkənin xarici siyasətinin uzunmüddətli strategiyasına xidmət edən bu çağırışı ictimai diplomatik fəallığı xeyli artırmışdır. Azərbaycan daim öz milli maraqlarını, müstəqil və balanslaşdırılmış xarici siyasət prinsiplərini əsas tutaraq ölkəmizi region dövlətlərinin inkişafı, ortaq mənafelərin ödənilməsi üçün sülh və əməkdaşlıq məkanına çevirməyə nail olmuş, beynəlxalq münasibətlərdə hüquq bərabərliyinə söykənən əməkdaşlıq modellərinə üstünlük vermişdir.

Azərbaycan respublikası üçün müasir beynəlxalq münasibətlər sistemində ciddi yer tutması və beynəlxalq hüququn tamhüquqlu subyektinə çevrilməsi həyati əhəmiyyət kəsb edir. Bu istiqamətdə qarşıya qoyulan ən ündə məsələlərdən biri isə beynəlxalq və regional təşkilatlarla əlaqələrin yaradılması, inkişaf etdirilməsidir.Asiya ilə Avropa arasında ticarət, kommunikasiya əlaqələrini nəzərdə tutan beynəlxalq marşrut Qərblə Şərq arasında çox miqyaslı platformaya çevrilə bilər. Buna misal olaraq Azərbaycan ilə Qazaxıstan arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Müstəqil Dövlətlər Birliyi çərçivəsində mövcud olmuşdur. Azərbaycan Qazaxıstan münasibətlərinin tarixi qədim tarixə malikdir. Belə ki, azərbaycanlılar və qazaxlar eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Bundan başqa bu xalqları dil və din eyniliyi də birləşdirir. Avqustun 24-də Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayevin Azərbaycana baş tutan rəsmi səfəri ciddi və tarixi qərarlarla yadda qaldı. Səfər çərçivəsində Azərbaycan və Qazaxıstan arasında imzalanan sənədlər iki ölkə arasındakı münasibətlərin mütəffiqlik səviyyəsinə çatmasını tamamilə təmin etmiş oldu. İki ölkə arasında Orta Dəhlizin böyük perspektivləri var. Şərq-Qərb aşağı dəhliz, Şərq-Qərb yuxarı dəhliz, Şimal-Cənub və Cənub-Qərb marşrutları üzrə Orta Dəhlizin ən strateji nöqtələrindən biri Azərbaycan hesab olunur. Qazaxıstanla imzalanan Bəynanamə Avropa İttifaqının Azərbaycanla daha sıx işləməsinə, ölkənin Qərbə inteqrasiya prosesinə misilsiz töhfə vermiş olacaq. Bu məsələdə Qazaxıstan təkcə ticarət tərəfdaşı kimi çıxış etməyəcək, həm də Aİ ilə Azərbaycan arasında siyasi körpü rolunu oynamış olacaq.

Bu da yaxın zamanda ölkələrimiz arasında münasibətlərin yeni fazada inkişafını daha da sürətləndirəcək.

Sübhan Ərəbi,
YAP-ın gənc fəalı