Ötən həftə azad edilmiş ərazilərdə 97 mina zərərsizləşdirilib

49e2ab36 35ee 3aaf A182 Ab6e7d2eff99 850.jpg

Azad olunan ərazilərdə iyulun 22-28-də 31 tank əleyhinə mina, 66 piyada əleyhinə mina, 898 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 885 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) həyata keçirib.