Ötən il çay bazarı üzrə 5 subyektə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
Bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ötən ilin yekunları və qarşıda duran vəzifələrə dair keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, həmin subyektlər “Best-Tarım” QSC, “Sun Tea Çay Fabriki”, “Sun Food”, “Veysəloğlu” və “Qida XXI” MMC-lərdir. Hazırda proses üzrə işə baxılır.





