Pakistanda güclü partlayış – 35 ölü, 200 yaralı

1690729776 301905513f3ae79.jpg

Pakistanın Əfqanıstanla sərhədi yaxınlığında yerləşən Bajaur rayonunda keçirilən mitinq zamanı partlayış baş verib.

Modern.az “Gel News” kanalına istinadən xəbər verir ki, partlayış nəticəsində azı 35 nəfər həlak olub.

Məlumata görə, 200-ə yaxın şəxs yaralanıb. Yaralılar xəstəxanaya aparılıb. Həlak olanların sayının artacağı istisna edilmir.

Kamikadze hücumun kim tərəfindən həyata keçirildiyi məlum deyil.