Paşinyan Təhlükəsizlik Şurasını TOPLADI

1677243676 fb9384bd 7f17 41d4 9b20 bea1328db55c.jpg

Ermənistanda Təhlükəsizlik Şurasının iclası keçirilib.

Avtor.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, ölkənin baş naziri Nikol Paşinyan toplantıya sədrlik edib.

Bildirilib ki, iclasda Ermənistan prezidenti Vahaqn Xaçaturyan, parlamentin spikeri Alen Semonyan və onun müavini Ruben Rubinyan, hakim partiyanın parlament fraksiyasının rəhbəri Hayk Koncoryan da iştirak ediblər.

İclasda nələrin müzakirə edildiyi barədə məlumat açıqlanmayıb.