Paytaxtda daha 5 müntəzəm marşrut xətti müsabiqəyə çıxarılıb

De5eeca516696390195970944441006544.jpg

Bakı Nəqliyyat Agentliyi vətəndaş müraciətləri əsasında 15, 147, 185, 186 və 213 nömrəli müntəzəm marşrut xətləri üzrə təhlillər aparıb, sərnişindaşımada vəziyyət qənaətbəxş hesab edilmədiyindən onları müsabiqəyə çıxarıb.

Bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, müsabiqə Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasına” uyğun keçiriləcək.