Piyadanı vurub hadisə yerindən qaçan sürücü tutuldu

8e77b376164273803841473330710667943.jpg

Salyanda piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, şöbəyə martın 21-də saat 22 radələrində şəhər sakini P.Xəlilovanın yolu keçərkən müəyyən edilməmiş avtomobillə vurulması nəticəsində aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Mitsubishi” markalı avtomobillə törədilməsi müəyyən edilib və həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini R.Həbibi saxlanılıb.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.