Azərbaycanda fəaliyyət göstərən “Plan & Eat” korporativ nahar həlli platforması xidmətlərini genişləndirir. Platforma ofis əməkdaşları, iri istehsalat obyektləri, fabriklər və böyük işçi heyəti olan təşkilatlar üçün gündəlik qidalanma prosesini rəqəmsal şəkildə idarə etməyə imkan verir.
Redaksiya xəbər verir ki, “Plan & Eat” indiyədək 25 mindən çox yemək çatdırıb və 3 mindən artıq istifadəçiyə xidmət göstərib. Sistem həm kiçik ofislər, həm iri korporativ müəssisələr, həm də tədbirlər üçün fərdiləşdirilmiş abunə və keyterinq həlləri təqdim edir.
Platformada 15-dən çox dünya mətbəxini əhatə edən həftəlik 90-dan çox yemək seçimi mövcuddur. Menyuya vegetarian, pəhriz və sağlam qidalanma, kombo və fast-food kateqoriyaları daxildir.
İstifadəçilər yemək planlarını əvvəlcədən seçə, müəyyən günlər üzrə sifarişlərini ertələyə və ya ləğv edə bilirlər. Çatdırılmalar isə iş prosesinə uyğun müəyyən edilmiş sabit vaxt aralığında həyata keçirilir.
“Plan & Eat” zavod, anbar, dövlət qurumları və digər böyük təşkilatlar üçün kütləvi qidalanma logistikasını da təşkil edir. Platforma bu istiqamətdə gigiyena standartlarına uyğun irimiqyaslı xidmət modeli təklif edir.
Şirkət nümayəndələrinin sözlərinə görə, məqsəd əməkdaşların hər gün nahar seçiminə və sifariş prosesinə vaxt sərf etməsinin qarşısını almaq, nahar fasiləsini daha rahat və planlı etməkdir.
Platformada Standart və Plus daxil olmaqla həftəlik və aylıq abunə modelləri təqdim olunur. “Plan & Eat”ə qoşulmaq istəyən şirkət əməkdaşları, İnsan Resursları departamentləri və qida tərəfdaşları platformanın rəsmi kanalları vasitəsilə müraciət edə bilərlər.





