Polis əməkdaşı qəzada öldü

Aa.jpg

Hacıqabulda baş verən qəzada polis əməkdaşı ölüb.

Avtor.az Qafqazinfo-ya istinadla bildirir ki, hadisə Hacıqabul-Horadiz yolunda qeydə alınıb.

1988-ci il təvəllüdlü Yəhyayev Saməddin Sadıx oğlu idarəetməni itirib və nəticədə “Hyundai” markalı avtomobili aşıb.

Ağır yaralanan polis əməkdaşı Şirvan Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.