Polis Nəsimi rayonunda yerləşən Bakı Xoreoqrafiya Akademiyasında maarifləndirici tədbir keçirib.
Tədbirdə iştirak edən Nəsimi Rayon Polis İdarəsinin rəisi polis polkovniki Vüqar Ağayev narkomanlıq və onun yaratdığı təhlükələrdən, həmçinin dini radikalizmin zərərli təsirlərindən danışıb, kibertalamalarla mübarizə üsulları barədə məlumatlar verib, bu istiqamətlərdə görülən qətiyyətli mübarizə tədbirlərindən bəhs edib.
O, tələbələrə zərərli vərdişlərdən uzaq olmaları, sağlam həyat tərzi sürmələri, güclü iradəyə sahib olub doğru yolu seçmələri üçün tövsiyələr verib.
Sonda mövzularla bağlı suallar cavablandırılıb.





