Balakən rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmin edilməsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər keçirilib.
Bu barədə Daxili İşlər Naziriyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.
Əsasən hərəkətin intensiv olduğu küçə və prospektlərdə keçirilən tədbirlər zamanı kobud qayda pozuntuları törədərək digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan, sürücülük hüququ olmadan avtomobil idarə edən, nəqliyyat vasitəsində konstruksiya dəyişikliyinə yol verən sürücülər müəyyən olunub.

