Polşa Azərbaycana yeni hərbi attaşe təyin edib

Bba59dad ea05 383d 88b7 897dcc49abc7 850.jpg

Polşa Azərbaycana yeni hərbi attaşe təyin edib.

Bu barədə “Report” Polşanın Bakıdakı diplomatik missiyasının məlumatına istinadən xəbər verir.

Bu vəzifəyə polkovnik Arkadiuş Şlenjek təyin edilib.

“Polşanın Bakıdakı səfirliyində hərbi attaşe dəyişikliyi baş verib. Polkovnik Robert Rusak Azərbaycandakı missiyasını başa vurub, onun səlahiyyətlərini polkovnik Arkadiuş Şlenjek icra edəcək”, – məlumatda bildirilib.