Polşa ordusu döyüş hazırlığına gətirildi – Rusiyaya görə

1687602076 6c485487 af27 35aa 9bd6 ded0a0e9bc7f 850.jpg

Rusiyada “Vaqner” muzdlularının qiyamı ilə əlaqədər olaraq Polşa ordusu yüksək səviyyəli döyüş hazırlığına gətirilir.

Modern.az xəbər verir ki, bu barədə Polşa Prezidenti Andjey Duda əmr imzalayıb.

Qeyd edək ki, “Vaqner” muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı “Vaqner” rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib.