Polşa Ukraynaya MiQ-29 qırıcı təyyarələri verib

Dfeb9598168050403849699331110289421.jpg

Polşa Ukraynaya bir neçə MiQ-29 qırıcı təyyarəsi verib.

Avtor.az xarici KİV-ə istinadən bildirir ki, bunu Polşa Prezidentinin beynəlxalq məsələlər üzrə rəsmi nümayəndəsi Marçin Pşidaç deyib.

Lakin o, Kiyevə təqdim olunan qırıcıların sayını açıqlamayıb.

M.Pşidaç sadəcə onu söyləyib ki, Polşaya məxsus bir neçə MİQ-29 qırıcısı artıq Ukraynadadır.