Prezident azad edilmiş ərazilərlə bağlı fərmana DƏYİŞİKLİK ETDİ

1677664919 ilham aliyev main photo 200320 1.jpg

Prezident İlham Əliyev “İşğaldan azad edilmiş ərazilərdə şəhərsalma fəaliyyəti sahəsində idarəetmə ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 mart tarixli 1304 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmanla “İşğaldan azad edilmiş ərazilərdə şəhərsalma fəaliyyəti sahəsində idarəetmə ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 mart tarixli 1304 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilir:

– 1.1-ci bəndə “tikinti” sözündən sonra “, yer təkinin geoloji öyrənilməsi və faydalı qazıntı yataqlarının istismarı, habelə faydalı qazıntıların çıxarılması ilə əlaqəli olmayan yeraltı qurğuların tikilməsi və istismarı” sözləri əlavə edilsin.

– 1.3-cü bəndə “tikinti” sözündən sonra “və faydalı qazıntı yataqlarının istismarı” sözləri əlavə edilsin.