Prezident Ermənistana xəbərdarlıq edib: Biz səbir nümayiş etdiririk, lakin bunun da bir həddi var

72fe6f9f166574668677111221710405306.jpg

Ermənistan Azərbaycan ərazisində erməni silahlı qüvvələrini indiyədək çıxarmayıb.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxışında deyib.

“Biz hələ ki, səbir nümayiş etdiririk, lakin bunun da bir həddi var. 2020-ci ilin noyabr Bəyanatının bu iki vacib bəndi icra edilməsə, bizim adekvat tədbir görməkdən başqa seçimimiz qalmayacaq”, – dövlət başçısı qeyd edib.