Prezident İlham Əliyev: Azərbaycan artıq orta gücə çevrilir

17839236165391221619 1200x630 6a548428abf8c


Azərbaycan artıq orta səviyyəli gücə çevrilir və düşünürük ki, ölkəni orta səviyyəli güc kimi xarakterizə edən meyarların müəyyənləşdirilməsi mümkündür.

Bu fikri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında səsləndirib.

“Mənim fikrimcə, terminologiya ilə belə demək olar ki, bu, ölkənin potensialının etiraf edilməsidir, onun öz milli maraqlarını müdafiə etmək bacarığının müəyyən edilməsidir”, – deyə dövlətimizin başçısı bildirib.