Prezident İlham Əliyev Selçuk və Haluk Bayraktarı qəbul edib

3335881e16444314554073565701076512.jpg

Prezident İlham Əliyev Türkiyənin “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktar və “Baykar Savunma” şirkətinin baş direktoru Haluk Bayraktarı qəbul edib.

Bu barədə S.Bayraktar “Instagram” hesabında paylaşım edib.

“Xoş qəbula görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığımızı bildiririk.

“Qalib gələnlər səbir edənlərdir”, – o qeyd edib.