Prezident onu “Dostluq”​ ordeni ilə təltif etdi

Isesko

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl‑Malik “Dostluq”​ ordeni ilə təltif edilib.

Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, “Dostluq” ordeni ona Azərbaycan Respublikası ilə ICESCO arasında uğurlu əməkdaşlıq əlaqələrinin inkişafındakı xidmətlərinə görə verilib.