Prezident: Praqa və Soçi bəyanatları bir daha göstərir ki, Qarabağ münaqişəsi tarixdə qaldı

E904831f166426618495019454610469852.jpg

Oktyabr ayında Praqa və Soçidə qəbul edilmiş birgə bəyanatlarda Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıdı.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxışı zamanı bildirib.

“Bu bir də onu göstərir ki, Qarabağ münaqişəsi tarixdə qaldı”, – Azərbaycan Prezidenti qeyd edib.