Prezidentin Laçına təyin etdiyi xüsusi nümayəndə KİMDİR?

1679996145 63905cbf2821363905cbf282141670405311b4156407dac47bcbfba7039392ece7fd.jpg

Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Məsim Əhməd oğlu Məmmədov Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

M.Məmmədov yeni təyinatadək iqtisadiyyat nazirinin müşaviri olub.

O, daha əvvəl bir sıra yüksək vəzifələrdə işləyib. Məsim Məmmədov, həmçinin Əmlak Məsələləri Dövlət Xidmətinin və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət, təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri kimi fəaliyyət göstərib.