Priqojinə məxsus təyyarə Belarusda eniş edib

354312350 1238482706855934 6453498578231755365 n.jpg

“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinə məxsus təyyarə Belarusda yerləşən hərbi aerodroma enib.

Bu barədə Belarus mətbuatı yazır.

Lakin təyyarənin göyərtəsində konkret kimin olduğu məlum deyil.

Maraq doğuran digər bir məqam isə odur ki, təyyarə Belarus ərazisində eniş edəndən sonra Rusiyaya uçub.