Ölkəmizdə həyata keçirilən vaksinasiya strategiyası çərçivəsində prokurorluq orqanlarının xüsusi rütbəli, dövlət qulluqçusu olan və dövlət qulluqçusu olmayan əməkdaşları (əks-göstəriciləri olan şəxslər istisna olmaqla) könüllü şəkildə peyvənd vurdurmaqla bu günədək I doza üzrə 97 faiz, II doza üzrə 95 faiz və “buster” doza ilə 61 faiz əməkdaş vaksin olunub.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən sorğuya cavab olaraq bildirilib.
Qeyd edilib ki, prokurorluq işçilərinin peyvənd olunması diqqət mərkəzində saxlanılmaqla, koronavirus xəstəliyi keçirmələri ilə əlaqədar peyvənd olunmayan işçilərin I və II doza, həmçinin hər iki dozanı qəbul etmiş əməkdaşların “buster” doza ilə peyvəndlənmələri davam etdirilir.





