Putin: “İrəvanla Bakı arasında münaqişəyə SON QOYULMALIDIR”

1667218016 putin martial law ap jt 221021 1666372392241 hpmain 16x9 1600.jpg

“Bakı ilə İrəvan arasında münaqişə uzun illərdir ki, davam edir. Ona nə vaxtsa son qoyulmalıdır”.

Bunu Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla Soçidə keçirdiyi görüşdə deyib.

O bildirib ki, rəsmi Moskva bu prosesi dəstəkləyir:

“Bilirəm ki, sizin bununla bağlı siyasi iradəniz var. Bütün məsələlərdə razılaşmaq lazımdır. Bu, bizim üçün xüsusi bir vəziyyətdir. Ümid edirəm ki, nizamlanma yolunda irəliyə doğru addımlar ata bilərik”, – V.Putin söyləyib. /Report/