Putin Kadırovun qızını təltif etdi

1693850129 kadirov ayshat.jpg

Rusiya Prezidenti Vladimir Putin Çeçenistanım mədəniyyət naziri, Ramzan Kadırovun qızı Ayşat Kadırovanı 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Bu barədə TASS məlumat yayıb.

O, mədəniyyət və incəsənətin inkişafındakı xidmətlərinə görə təltif edilib.

Qeyd edək ki, Ayşat Kadırova 2021-ci ildə Çeçenistanın mədəniyyət naziri təyin edilib.