Rusiya Prezidenti Vladimir Putin Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın möhkəmləndirilməsində xidmətlərinə görə Azərbaycanın Rusiyadakı keçmiş səfiri Polad Bülbüloğlunu “Aleksandr Nevski” ordeni ilə təltif edib.
Bu barədə Rusiya KİV-i məlumat yayıb.
“Rusiya-Azərbaycan müttəfiqliyinin və qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsində xidmətlərinə görə Azərbaycan vətəndaşı Bülbül oğlu Polad “Aleksandr Nevski” ordeni ilə təltif edilsin”, – Prezident V.Putinin imzaladığı fərmanda qeyd edilib.

