Putinin qrafiki gərgin olacaq – Lukaşenko və səfirlərlə görüş, TŞ toplantısı…

1680675842 16455399912267545827 1200x630.jpg

Rusiya prezidenti Vladimir Putin ölkənin regionlarında təhlükəsizlik məsələsini müzakirə etmək üçün Kremldə Təhlükəsizlik Şurasını genişləndirilmiş tərkibdə toplayacaq.

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, daha sonra xarici ölkələrin səfirləri Kremlə gələcək.

ABŞ, Aİ, Danimarka, Norveç, Meksika və Suriyanın diplomatik nümayəndəliklərinin rəhbərləri ilə Putin ayrıca görüşəcək.

Rusiya lideri bu gün həm də Belarus prezidenti Aleksandr Lukaşenko ilə bir araya gələcək Onlar təhlükəsizlik məsələlərini və Rusiyanın taktiki nüvə silahlarının Belarusda yerləşdirilməsi məsələsini müzakirə edəcəklər.