Rusiya Prezidenti mətbuat katibi Dmitri Peskov bildirib ki, Putinin ABŞ-ın keçmiş prezidenti Donald Trampla heç bir əlaqəsi yoxdur.
Kremlin sözçüsü Trampın “Wall Street Journal”ın jurnalisti Evan Qerşkoviçin geri qayıtmasına nail olacağı ilə bağlı vədini şərh edib.
“Putinin təbii ki, Donald Trampla heç bir əlaqəsi yoxdur”- deyə Peskov qeyd edib.
Xatırladaqq ki, Rusiya FTB-nin məlumatına görə, jurnalist ABŞ-ın göstərişi ilə Rusiya hərbi-sənaye kompleksinin müəssisələrindən birinin fəaliyyəti haqqında məlumat toplayırmış. Qerşkoviç məxfi məlumat toplayarkən cinayət başında tutulub.

