“Qanlı göl” ərazisində tikilən qanunsuz obyekt sökülüb

A512294416738539107678559431109628.jpg

“Qanlı göl” ərazisində tikilən qanunsuz obyekt sökülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Belə ki, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Bakı şəhərinin Yasamal rayonunda “Qanlı göl” adlanan ərazinin yaxınlığında müvafiq icazəverici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktı aşkar edilib.

Müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyekt sökülüb.