Qanunsuz saxlanılan 4 ov tüfəngi götürülüb

67ed947416448193682753729301105519.jpg

Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir.

DİN-dən verilən xəbərə görə, polis əməkdaşlarının keçiridikləri əməliyyat tədbirləri nəticəsində fevralın 12-də və 13-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 4 ədəd ov tüfəngi götürülüb.

Aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan 2 silah könüllü olaraq polisə təhvil verilib.

Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.