Qara Qarayev “Neftçi”də 1000 manatlıq qol vurdu

Edc64be8 4d3c 3ff4 8188 91b057e286db.jpg

Peşəkar Futbol Liqası (PFL) 2023/2024 mövsümündə may ayının ən yaxşı qolunun müəllifini mükafatlandırıb.

XXXV turun “Səbail” – “Neftçi” matçında (0:3) üçüncü qolun müəllifi olan Qara Qarayev 1000 manata sahib çıxıb.

O, səsvermədə “Sabah”dan Ayaz Quliyev və Anatoli Nuriyev, “Neftçi”dən Brayan Moreno, “Qəbələ”dən isə Əyyub Alaşı qabaqlayıb.

Mükafatı yarımmüdafiəçiyə PFL-in prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov təqdim edib.