Qaradağda piyadanı avtomobil vurub

0cbf9f27 bbae 3c35 ad97 cc0719df689e 850.jpg

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtomobil yolu keçən 1984-cü il təvəllüdlü Məmmədov Bəylər Füzuli oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bazu sümüyünün yerdəyişən qəlpəli sınıqları diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.