Qaregin sabiq Ermənistan prezidentlərini niyə görüşdürmək istəyir?

1676361684 1675066014 8b4f4537 1f3d 4105 92ef eb42187bc5c3.jpg

Erməni kilsəsinin katolikosu II Qaregin Ermənistanın və Qarabağ separatçılarının keçmiş liderlərini görüşdürmək istəyir.

Modern.az xəbər verir ki, o, “Hraparak” qəzetinə açıqlamasında keçmiş prezidentlərin görüşü formatının niyə hələ də baş tutmadığının səbəbini deyib.

Patriarxın sözlərinə görə, ölkədəki vəziyyət onu Ermənistanın keçmiş prezidentləri və qondarma rejimin keçmiş liderləri ilə görüşlər təşkil etməyə sövq edib, lakin yanaşmalardakı müxtəlifliyə görə yeni görüşün keçirilməsinə təşəbbüs göstərmək mümkün olmayıb.

“Buna baxmayaraq, biz prezidentlərlə əlaqə saxlamağa davam edirik və milli birlik naminə bütün səylərimizi göstərəcəyik, yalnız bunun sayəsində mövcud çətin çağırışların öhdəsindən gəlmək mümkündür”, – deyə o bildirib.

II Qaregin kilsə ilə hökumət arasında fikir ayrılıqlarının olduğunu gizlətməyib, münasibətlərin sırf protokol xarakterli olduğunu qeyd edib.