Qattuzo bu kluba baş məşqçi təyin edildi

4110a199165477091291402941810635720.jpg

“Valensiya”nın (İspaniya) yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Avtor.az klubun saytına istinadən xəbər verir ki, komandanı Cennaro Qattuzo çalışdıracaq. İtaliyalı mütəxəssislə 2024-cü ilə qədər müqavilə imzalanıb. O, iyunun 3-də klub tərəfindən istefaya göndərilən baş məşqçi Pepe Bordalası əvəzləyib.

Qeyd edək ki, Qattuzo əvvəllər “Napoli”, “Milan”, “Piza” və digər komandaları çalışdırıb.